Pakistandan 18 Azərbaycan vətəndaşı ölkəyə gətirilib

Pakistandan 18 Azərbaycan vətəndaşı ölkəyə gətirilib
# 20 iyul 2020 16:59 (UTC +04:00)

Pakistan vətəndaşları Azərbaycandan təxliyə olunub.

APA-nın xəbərinə görə, Pakistanın Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsində bildirilib ki, Azərbaycanda qalan 158 Pakistan vətəndaşı Pakistan Beynəlxalq Hava Yollarına (PIA) məxsus təyyarə ilə İslamabada yola salınıb.

“Təxliyə olunan pakistanlıların əksəriyyəti qısamüddətli vizalarla Azərbaycana gələn və COVID-19 pandemiyasının ardından bütün beynəlxalq uçuşların dayandırılması səbəbindən Pakistana geri dönə bilməyən turistlər və iş adamlarıdır. Vətəndaşlarımızın ölkəyə rahatlıqla geri qaytarılması prosesində göstərdiyi dəstəyə və əməkdaşlığa görə Azərbaycan hökumətinə dərin təşəkkürümüzü bildiririk”, - deyə məlumatda qeyd olunub.

O da bildirilib ki, təxliyə olunan pakistanlılar üçün Azərbaycana gələn təyyarədə 18 Azərbaycan vətəndaşı da Bakıya gətirilib.

Qeyd edək ki, bir müddət bundan öncə daha bir qrup Pakistan vətəndaşı ölkələrinə yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR