Polşanın Azərbaycandakı səfirliyi koronavirusla əlaqədar viza müraciətlərinin qəbulunu müvəqqəti dayandırır

Polşanın Azərbaycandakı səfirliyi koronavirusla əlaqədar viza müraciətlərinin qəbulunu müvəqqəti dayandırır
# 13 mart 2020 14:55 (UTC +04:00)

Polşanın Azərbaycandakı səfirliyi COVID-19 pandemiyası ilə əlaqədar müvəqqəti olaraq viza müraciətlərinin qəbulunu dayandırır.

APA-nın xəbərinə görə, bu barədə səfirliyin rəsmi "Facebook" səhifəsində məlumat verilib.

"Konsulluq və Polşa Diaspor Şöbəsi bildirir ki, 16 mart tarixindən etibarən 29 mart 2020-ci il tarixinə qədər koronovirus COVİD 19 təhlükəsi səbəbindən, müştərilərin və milli viza üçün müraciətlərin qəbulu dayandırılır.

Şengen vizası üçün müraciətlər yalnız təcili və əsaslandırılmış hallarda qəbul olunacaq (konsulun qərarı)", - deyə səfirliyin məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR