Praqada ermənilərin təxribatının qarşısı alınıb

Praqada ermənilərin təxribatının qarşısı alınıb
  • Clock-gray 08:47
  • calendar-gray 16 Dekabr 2020

Çex Respublikasının paytaxtı Praqa şəhərində yaşayan azərbaycanlı icması tərəfindən ermənilərin növbəti təxribatının qarşısı alınıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Praqadakı Con Lennon Divarına ermənilər Azərbaycan, Türkiyə və İsrail ordularının dayandırılmasına və Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına çağırış edən əsassız şüarlar yapışdırıblar. 

Məsələyə çevik reaksiya verən diaspor fəallarımız şüarların yazıldığı kağızları qopararaq həqiqəti əks etdirməyən yazıların Lennon Divarına ləkə salmasına yol verməyiblər.

 Qeyd edək ki, “Beatles” qrupunun əfsanəvi üzvü Con Lennonun şərəfinə yaradılmış divar Praqada turistlərin ziyarət etdikləri yerlər sırasına daxildir. Qraffiti və şeirlərin əks olunduğu bu divar sülh və sevginin təcəssümünə çevrilib.

 

apa-logo-mini

Digər xəbərlər