Prezident: "Azərbaycan və İtaliya arasında dostluq, xalqlarımız arasında qarşılıqlı müsbət yanaşma artıq reallığa çevrilib"

Prezident: "Azərbaycan və İtaliya arasında dostluq, xalqlarımız arasında qarşılıqlı müsbət yanaşma artıq reallığa çevrilib"
# 09 dekabr 2020 14:49 (UTC +04:00)

“İtaliya parlamentarilərinin səfəri Azərbaycan cəmiyyətində çox yüksək dəyərləndirildi. İnsanlar bütün dəstək əlamətlərini çox böyük diqqətlə izləyirlər, ona həssaslıqla yanaşırlar. Bir sözlə, bütün cəmiyyət həmin səfəri dəstəyin təzahürü kimi qəbul etdi”.

APA xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə söyləyib.

“Həmçinin insanlar qeyd edir və mən onların rəyi ilə razıyam ki, qonşularınızdan bəziləri parlamentdə Dağlıq Qarabağın tanınması ilə bağlı müəmmalı qətnamələr qəbul edirlər. İtaliyanın millət vəkilləri Azərbaycana hörmət və ehtiramını ifadə etmək, Azərbaycan xalqının əziyyətlərini bölüşdüyünü bildirmək üçün Ağdama getdilər, Gəncəyə səfər etdilər”, - deyə dövlətimizin başçısı bildirib. .

Azərbaycan və İtaliya arasında dostluğun və xalqlarımız arasında qarşılıqlı müsbət yanaşmanın artıq reallığa çevrildiyini vurğulayan Prezident İlham Əliyev deyib: “Biz, həmçinin sizin səfərinizi bunun yaxşı əlaməti kimi dəyərləndiririk. Əminəm ki, səfərinizin çox müsbət nəticəsi olacaq və biz bütün sahələrdə güclü əməkdaşlıq məqsədilə növbəti 5–10 il üçün gündəliyimizi lazımi şəkildə tərtib edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR