Prezident: "ICESCO-nun Azərbaycanda regional mərkəzi ilə bağlı müzakirələrə yenidən nəzər salmaq istəyirik"

Prezident: "ICESCO-nun Azərbaycanda regional mərkəzi ilə bağlı müzakirələrə yenidən nəzər salmaq istəyirik"
  • Clock-gray 14:28
  • calendar-gray 13 Yanvar 2021

“Mənim sizinlə müzakirə etmək istədiyim məsələlərdən biri də ICESCO-nun Azərbaycanda regional mərkəzi ilə bağlı məsələdir”. 

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. 

Prezident deyib ki, bu məsələ son 3-4 il idi müzakirə olunurdu: “Biz bu müzakirələrə yenidən nəzər salmaq istəyirik. Əgər müsbət irəliləyiş olsa, düşünürəm ki, biz bunu çox tezliklə edə bilərik. Bu, bizim üçün və İslam həmrəyliyinin güclənməsinə, İslam mədəni irsinin qorunmasına töhfə verən bütün insanlar üçün çox mühüm əhəmiyyət kəsb edəcək”.

apa-logo-mini

Digər xəbərlər