Prezident İlham Əliyev Albaniya Prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev Albaniya Prezidentinə başsağlığı verib
# 27 noyabr 2019 17:14 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti İlir Metaya başsağlığı verib.

APA xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Albaniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

Qeyd edək ki, Albaniyada 6,4 bal gücündə zəlzələ olub. Zəlzələ nəticəsində 27 nəfər ölüb. Xeyli sayda insan dağıntılar altında qalıb. Axtarış-xilasetmə işləri davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR