Prezident İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru ilə görüşüb - YENİLƏNİB

Prezident İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru ilə görüşüb - YENİLƏNİB
# 14 fevral 2020 18:57 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhendə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ilə görüşüb.

APA-nın məlumatına görə, görüşdə Fatih Birol Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masadakı çıxışını çox yüksək qiymətləndirib. İcraçı direktor qeyd edib ki, Azərbaycan dünya enerji bazarında çox etibarlı tərəfdaş kimi tanınır, bu da bilavasitə Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir.

Görüşdə OPEC+ formatında Azərbaycanın təşəbbüsləri yüksək qiymətləndirilib. Son dövrlərdə Azərbaycanın alternativ enerji resurslarının inkişafı istiqamətində atdığı addımların önəmi vurğulanıb, eyni zamanda, dünya enerji bazarındakı mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.***

18.47

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhendə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR