Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti və Vitse-prezidentini təbrik edib

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti və Vitse-prezidentini təbrik edib
# 30 noyabr 2019 18:00 (UTC +04:00)

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyana təbrik ünvanlayıb.

APA-nın xəbərin görə, təbrikdə deyilir: “Əlahəzrət,

Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim sülh və rifah diləyirəm”.

Prezident İlham Əliyev həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma da təbrik göndərib.

Təbrikdə deyilir: “Əlahəzrət,

Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR