Prezident İlham Əliyev Bruney-Darüssalamın Sultanına təbrik məktubu göndərib

Prezident İlham Əliyev Bruney-Darüssalamın Sultanına təbrik məktubu göndərib
  • Clock-gray 16:55
  • calendar-gray 22 Fevral 2020

Azərbaycan Prezidenti İlham Əliyev Bruney-Darüssalamın Sultanı Əlahəzrət Hacı Həssənal Bolkiaha təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, təbrik məktubunda deyilir:

“Əlahəzrət,

Ölkənizin milli bayramı münasibətilə Sizi və Sizin simanızda dost Bruney xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Bruney dostluq və əməkdaşlıq əlaqələri həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar, xüsusən İƏT və Qoşulmama Hərəkatı çərçivəsində bundan sonra da xalqlarımızın mənafelərinə uyğun inkişaf edəcək və dərinləşəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza sülh və rifah diləyirəm”.

apa-logo-mini

Digər xəbərlər