Prezident İlham Əliyev Çili Prezidentinə təbrik ünvanlayıb

Prezident İlham Əliyev Çili Prezidentinə təbrik ünvanlayıb
# 17 sentyabr 2020 15:23 (UTC +04:00)

Prezident İlham Əliyev Çili Respublikasının Prezidenti Sebastian Pinyera Eçenikeyə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident,

Çili Respublikasının müstəqilliyinin 210-cu ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çili xalqına əmin-amanlıq və rifah diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR