Prezident İlham Əliyev Laos Prezidentini təbrik edib

Prezident İlham Əliyev Laos Prezidentini təbrik edib
# 30 noyabr 2019 18:03 (UTC +04:00)

Prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Bounyanq Voraçitə təbrik ünvanlayıb.

APA-nın xəbərin görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Laos Xalq Demokratik Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Laos xalqına sülh və firavanlıq arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR