Prezident İlham Əliyev Münhendə Əfqanıstan Prezidenti ilə görüşüb - YENİLƏNİB

Prezident İlham Əliyev Münhendə Əfqanıstan Prezidenti ilə görüşüb - YENİLƏNİB
# 14 fevral 2020 23:25 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhendə Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.

APA xəbər verir ki, görüşdə Bakının mötəbər tədbirlərin keçirildiyi məkan olduğu bildirilib. Ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğu qeyd edilib. Artıq Əfqanıstan yüklərinin Lapis-Lazuli marşrutu ilə Azərbaycan ərazisindən daşınıldığı qeyd edilib, gələcəkdə bu istiqamətdə səylərin daha da artırılmasının vacibliyi vurğulanıb.

Həmçinin görüşdə Azərbaycan-Əfqanıstan iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin müvafiq qurumları arasında əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

***

Saat 21:50

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhendə Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR