Prezident İlham Əliyev “OPEK+” sazişinin müddətinin uzadılmasını məqsədəuyğun sayır

Prezident İlham Əliyev “OPEK+” sazişinin müddətinin uzadılmasını məqsədəuyğun sayır
# 27 yanvar 2020 21:05 (UTC +04:00)

“OPEK+” sazişinin müddətinin uzadılması məsələsi ən yaxın vaxtlarda müzakirə ediləcək.

APA-nın məlumatına görə, bu barədə "Rossiya 24" telekanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı müddətin uzadılmasının məqsədəuyğun olduğunu qeyd edib.

"Hesab edirəm ki, konkret nəticələr gördüyümüzü nəzərə alaraq bunun müddətinin uzadılması, əlbəttə, məqsədəuyğundur. Çünki müddət uzadılmasa, bazarın necə reaksiya verəcəyini bilmirik, yenidən müxtəlif spekulyativ meyillər yarana bilər. Buna görə hesab edirəm ki, müddətin uzadılmasının əhəmiyyəti var", - deyə Prezident İlham Əliyev söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR