Prezident İlham Əliyev Oman Sultanının vəfatı ilə bağlı başsağlığı verib

Prezident İlham Əliyev Oman Sultanının vəfatı ilə bağlı başsağlığı verib
  • Clock-gray 14:51
  • calendar-gray 11 Yanvar 2020

Prezident İlham Əliyev Omanın Sultanı Əlahəzrət Heytəm bin Tariq Al Səidə bu ölkənin Sultanı Əlahəzrət Qabus bin Səidin vəfatı ilə bağlı başsağlığı verib. 

APA-nın xəbərinə görə, başsağlığında deyilir: 

"Əlahəzrət,

Görkəmli dövlət xadimi, Omanın Sultanı Əlahəzrət Qabus bin Səidin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə, dost Oman xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

apa-logo-mini

Digər xəbərlər