Prezident İlham Əliyev Qırğız Respublikasının yeni seçilmiş Prezidentini təbrik edib

Prezident İlham Əliyev Qırğız Respublikasının yeni seçilmiş Prezidentini təbrik edib
  • Clock-gray 18:54
  • calendar-gray 12 Yanvar 2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının yeni seçilmiş Prezidenti  Sadır Japarova təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Japarov,

Qırğız Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost Qırğızıstan xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.

 

apa-logo-mini

Digər xəbərlər