Prezident İlham Əliyev Slovakiyanın xarici və Avropa işlər nazirini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Slovakiyanın xarici və Avropa işlər nazirini qəbul edib - YENİLƏNİB
# 17 mart 2021 13:00 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Slovakiyanın xarici və Avropa işlər naziri İvan Korçokun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA xəbər verir ki, Slovakiyanın xarici və Avropa işlər naziri Bakıda sonuncu dəfə təxminən 20 il əvvəl olduğunu qeyd etdi, bu səfər zamanı paytaxtımızda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını vurğulayıb.

Söhbət zamanı siyasi əlaqələr, iqtisadi əməkdaşlıq, ticarət əlaqələrinin genişləndirilməsi və inkişaf etdirilməsi, minalardan təmizləmə sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib, dövlətlərin ərazi bütövlüyü və suverenliyi, sərhədlərin toxunulmazlığı prinsiplərinin dövlətlərarası münasibətlərdə aliliyi qeyd olunub.

***

12.01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Slovakiyanın xarici və Avropa işlər naziri İvan Korçokun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR