Prezident İlham Əliyev Sloveniya Prezidentini təbrik edib

Prezident İlham Əliyev Sloveniya Prezidentini təbrik edib
# 24 iyun 2020 16:47 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Borut Pahora təbrik məktubu ünvanlayıb.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizi və dost Sloveniya xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Qarşılıqlı hörmətə və faydalı əməkdaşlığa əsaslanan Azərbaycan-Sloveniya münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, ölkələrimizin mənafelərinə xidmət edən əlaqələrimiz birgə səylərimizlə bundan sonra da genişlənəcəkdir.

Bəşəriyyətin COVID-19-la mübarizə apardığı bir zamanda Azərbaycan xalqının dost Sloveniya xalqı ilə həmrəy olduğunu qeyd etmək istəyirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, ölkənizə daim rifah arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR