Prezident İlham Əliyev Tomas Baxı təbrik edib

Prezident İlham Əliyev Tomas Baxı təbrik edib
  • Clock-gray 15:38
  • calendar-gray 17 Mart 2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Baxa təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Bax,

Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir və ən xoş arzularımı yetirirəm.

Keçirilmiş səsvermədə inamlı qələbəniz bütün Olimpiya ailəsi tərəfindən Sizə olan etimadın bariz göstəricisi, Olimpiya hərəkatının inkişafı, idmanın təşviqi sahəsində xidmətlərinizə verilən yüksək qiymətdir.

Məmnunluqla qeyd etmək istəyirəm ki, Azərbaycan ilə Beynəlxalq Olimpiya Komitəsi arasında əməkdaşlıq yüksək səviyyədədir və biz bu əməkdaşlığın daha da genişlənməsinə mühüm əhəmiyyət veririk. Əminəm ki, Olimpiya ideallarının təntənəsi naminə tərəfdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə daim müvəffəqiyyətlər arzulayıram".

apa-logo-mini

Digər xəbərlər