Prezident İlham Əliyev Vahid Ələkbərovu 70 illik yubileyi münasibətilə təbrik edib

Prezident İlham Əliyev Vahid Ələkbərovu 70 illik yubileyi münasibətilə təbrik edib
# 31 avqust 2020 13:03 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev “LUKOYL” neft şirkətinin prezidenti cənab Vahid Ələkbərova məktub göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir: “Hörmətli Vahid Yusuf oğlu,

Sizi əlamətdar yubileyiniz – anadan olmağınızın 70 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Sizin peşəkarlığınız və təşkilatçılıq istedadınız sayəsində bu gün “LUKOYL” dünyada ən iri neft-qaz şirkətlərindən biridir.

“LUKOYL” şirkətinin bizim ölkəmizdə çoxillik səmərəli fəaliyyəti Azərbaycan-Rusiya qarşılıqlı iqtisadi əlaqələrinin genişlənməsinə mühüm töhfə verir, bununla da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə şərait yaradır.

Sizə uzun ömür, möhkəm cansağlığı, firavanlıq və yeni uğurlar arzu edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR