Prezident İlham Əliyev helikopter qəzası ilə əlaqədar Türkiyə Prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev helikopter qəzası ilə əlaqədar Türkiyə Prezidentinə başsağlığı verib
# 04 mart 2021 21:07 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hərbi helikopter qəzası ilə bağlı başsağlığı verib.

APA xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Hərbi helikopterin qəzaya uğraması nəticəsində türk əsgərlərinin şəhid olması xəbəri məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, şəhid olmuş hərbçilərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR