Prezident İlham Əliyev irlandiyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev irlandiyalı həmkarını təbrik edib
  • Clock-gray 17:06
  • calendar-gray 16 Mart 2020

Prezident İlham Əliyev İrlandiyanın Prezidenti Maykl Higginsə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müqəddəs Patrik Günü münasibətilə Sizi və İrlandiya xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu xoş fürsətdən istifadə edərək Sizə cansağlığı, uğurlar, xalqınıza rifah arzulayıram”.

 

apa-logo-mini

Digər xəbərlər