Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
# 23 dekabr 2019 11:36 (UTC +04:00)

MDB İcraiyyə Komitəsinin sədri - icraçı katibi Sergey Lebedev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA xəbər verir ki, təbrik məktubunda deyilir:

“Çox hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Vətənin rifahı naminə səmərəli əməyiniz, işgüzar və şəxsi keyfiyyətləriniz, mürəkkəb məsələləri effektiv həll etmək bacarığınız haqlı olaraq Sizə ictimai nüfuz və dərin hörmət qazandırıb.

Doğma Azərbaycanda və onun hüdudlarından kənarda Sizi ölkənin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərini müəyyən etməyi bacaran, zəngin biliyini və təcrübəsini ölkənin firavanlaşmasına və əhalinin rifahının yüksəldilməsinə yönəlmiş genişmiqyaslı proqramların həyata keçirilməsinə sərf edən səriştəli və məsuliyyətli lider kimi tanıyırlar.

Bu xoş fürsətdən istifadə edərək, Sizə MDB məkanında inteqrasiya proseslərinə daimi diqqətinizə görə səmimi minnətdarlığımı bildirirəm.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və çoxşaxəli dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

İcazə verin, Sizi doğum gününüz münasibətilə təbrik edim.

Siz müdrikliyiniz və əzmkarlığınız sayəsində güclü və firavanlaşan Azərbaycan dövlətinin qurulmasına böyük töhfə vermisiniz, xalqınızın yüksək etimadını doğruldaraq onun görkəmli liderinə çevrilmisiniz.

Siz Azərbaycan Respublikasının dünyada nüfuzunun möhkəmlənməsi üçün çox iş görmüsünüz. Rusiya ilə tarixən yaranmış dostluq əlaqələrinin daha da inkişaf etməsində, qardaş xalqlarımız arasında dialoqun genişlənməsində və qarşılıqlı hörmətin artmasında Sizin danılmaz xidmətləriniz vardır.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və qurucu fəaliyyətinizdə yeni uğurlar, Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq diləklərimi qəbul edin”.

Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidov da Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin rəhbərlik istedadınız, siyasi müdrikliyiniz və uzaqgörənliyiniz, ölkənizə sədaqətlə xidmət etməyiniz və əsil liderlik keyfiyyətləriniz sayəsində Azərbaycan sanballı uğurlar qazanır. Siz atanız, Azərbaycan xalqının böyük oğlu və ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin şanlı işlərini ləyaqətlə davam etdirirsiniz. Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası vətəndaşların rifahının yüksəldilməsinə yönəlmiş sosial-iqtisadi dəyişikliklər yolu ilə inamla irəliləyir.

Dağıstanlılar xalqlarımız arasında qardaşlıq münasibətlərinin inkişafı məsələlərinə göstərdiyiniz daimi diqqətə görə Sizə minnətdardırlar.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və firavanlıq, Azərbaycan Respublikasının inkişafı naminə bütün işlərinizdə və təşəbbüslərinizdə yeni uğurlar diləyirəm”.

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski və Baş katibin müavini Aydın Cəfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Ad gününüz münasibətilə MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurası adından səmimi təbriklərimizi qəbul edin.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası siyasi, iqtisadi və sosial sahələrdə sanballı uğurlar qazanıb, beynəlxalq əlaqələrini əhəmiyyətli dərəcədə genişləndirib, ümumdünya və regional miqyaslı aktual məsələlərin həllində öz rolunu möhkəmləndirib.

MDB parlamentariləri Sizi öz ölkəsinin həqiqi lideri, Birlik məkanında inteqrasiya proseslərinin genişlənməsinə böyük şəxsi töhfə verən və MDB iştirakçısı olan dövlətlərin strateji tərəfdaşlığının və dostluq münasibətlərinin möhkəmlənməsinə xüsusi diqqət yetirən siyasi xadim kimi tanıyırlar.

Sizə cansağılığı, firavanlıq və bütün təşəbbüslərinizdə uğurlar arzu edirik. Sizə və yaxınlarınıza xoşbəxtlik və ən xoş diləklərimizi bildiririk”.

VTB Bankı Publik Səhmdar Cəmiyyətinin prezidenti, idarə heyətinin sədri Andrey Kostin də Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə VTB Bankının idarə heyətinin kollektivi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Sizin Azərbaycan Respublikasının Prezidenti vəzifəsində fəaliyyətiniz iqtisadiyyatda, sosial sahədə və xarici siyasətdə dövlətçiliyi və ölkənizin beynəlxalq nüfuzunu ardıcıl olaraq möhkəmləndirən, onun tərəqqisinə və vətəndaşların firavanlığına şərait yaradan mühüm nailiyyətlərlə əlamətdardır.

Rusiyada Azərbaycan Respublikası ilə dostluq və mehriban qonşuluq münasibətlərini yüksək qiymətləndirirlər. Rusiya və Azərbaycan müəssisələri və işgüzar dairələri arasında əməkdaşlığın genişləndirilməsi, onun qüdrətli potensialının reallaşdırılması üzrə kompleks tədbirləri Sizin şəxsən dəstəkləməyiniz böyük əhəmiyyət kəsb edir.

Rusiyanın sistemyaradıcı bankı olan VTB-nin kapitalında Azərbaycan Dövlət Neft Fondunun iştirakını yüksək qiymətləndiririk. Bu, Rusiya-Azərbaycan ikitərəfli əlaqələrinin strateji xarakterinin və qarşılıqlı etimadın əyani təsdiqidir.

Hörmətli İlham Heydər oğlu, Azərbaycan xalqının rifahı naminə dövləti fəaliyyətinizdə Sizə uğurlar, möhkəm cansağlığı və yaxınlarınıza firavanlıq diləklərimizi qəbul edin”.

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırıram. Ölkənizin, cəmiyyətinizin və idmanınızın qazandığı nailiyyətlərə görə Sizi təbrik edirəm. Bütün bu illər ərzində Siz idmanın ölkəniz üçün prioritet olduğunu sübut etmisiniz və mən bunu yüksək dəyərləndirirəm.

Azərbaycanda idmanın inkişafına və çoxsaylı beynəlxalq yarışların keçirilməsinə dövlət dəstəyi dünyanın idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

Zati-aliləri, Sizə və ailənizə xoşbəxtlik, cansağlığı, bol-bol uğurlar arzulayıram”.

“Komsomolskaya pravda” qəzetinin baş redaktoru Vladimir Sunqorkin də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir:

"Əziz İlham Heydər oğlu.

Ad gününüz mübarək.

Dostluğa və o cümlədən gününüzü “Komsomolka” ilə başlamaq kimi yaxşı ənənəyə sadiq olduğunuza görə bu əlamətdar gündə Sizə xüsusi minnətdarlığımızı bildirmək istəyirik.

Bizim səmimi təbriklərimizi qəbul edin. Sizə cansağlığı, hər bir işinizdə uğurlar diləyirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR