Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
# 25 dekabr 2019 14:19 (UTC +04:00)

İtaliya Senatının sabiq vitse-spikeri Linda Lanzilotta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən xoş və səmimi arzularımı çatdırıram. Azərbaycanın daha da inkişaf etmiş, müasir, açıq və tolerant ölkəyə çevrilməsi istiqamətində gördüyünüz işlərin davamlı olmasını diləyir, İtaliya və Avropa ilə dostluğun daha da möhkəmlənməsi işində Sizə uğurlar arzulayıram.

Cənab Prezident, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Sizin himayənizlə keçirilən son iclası Azərbaycanın təşkilatımızla əlaqələrə sadiqliyini bir daha təcəssüm etdirdi”.

İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə təbriklərimi və xoş arzularımı çatdırıram. Tanrıdan Sizə möhkəm cansağlığı və Azərbaycanın daha da inkişafı naminə yorulmaz fəaliyyətinizdə uğurlar diləyirəm.

Cənab Prezident, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Roma şəhərində çox uğurla keçirilən yüksək səviyyəli görüşünə verdiyiniz dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm”.

TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Rusiyanın TASS İnformasiya Agentliyi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirəm.

Siz həqiqətən müasir dövrün ən görkəmli xadimləri sırasına daxil olan, böyük siyasi istedada malik unikal və genişmiqyaslı şəxsiyyətsiniz. Uzun illərdir ki, Azərbaycan Sizin liderliyiniz və müdrikliyiniz sayəsində inkişaf edir və dünyada çox mühüm yer tutur.

Bu əlamətdar gündə Sizə və yaxınlarınıza firavanlıq, xoşbəxtlik, cansağlığı, müvəffəqiyyət və böyük uğurlar arzu edirəm. Sizə və Azərbaycan xalqına sülh və əmin-amanlıq diləyirəm”.

Daha bir təbrik Rusiya Federasiyası Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarovdan gəlib: “Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizə Azərbaycan xalqının rifahı naminə məsul və çoxşaxəli dövləti fəaliyyətinizdə, Rusiya-Azərbaycan əlaqələrinin bundan sonra da möhkəmlənməsində, ölkələrimizin regionları arasında qarşılıqlı faydalı uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsində uğurlar arzulayıram.

Sizə möhkəm cansağlığı, sülh və firavanlıq diləyirəm”.

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb:

“Zati-aliləri.

Doğum gününüz münasibətilə “Mir” Dövlətlərarası Teleradio Şirkəti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi qəbul edin.

İzin verin, Sizə möhkəm cansağlığı, nikbinlik, tükənməz yaradıcı enerji, firavanlıq və Azərbaycan Respublikasının rifahı naminə bundan sonra da səmərəli fəaliyyət arzulayım.

Qoy doğmalarınız həmişə yanınızda olsunlar, qayğı və diqqətləri ilə Sizi sevindirsinlər. Sizə və yaxınlarınıza əmin-amanlıq diləyirəm”.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Milorad Dodikdən də təbrik gəlib: “Zati-Aliləri.

Sizi doğum gününüz münasibətilə təbrik etməkdən, Zati-alinizə böyük uğurlar və firavanlıq arzulamaqdan şərəf duyuram.

Bu xoş fürsətdən istifadə edərək, son görüşümüzdə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə təşəkkür edirəm. Ümidvaram ki, gələcəkdə də xalqlarımıza fayda gətirəcək əməkdaşlığımızı davam etdirəcəyik.

Hörmətli cənab Prezident, xahiş edirəm, doğum gününüzlə əlaqədar xoş arzularımı və dərin ehtiramımı qəbul edin”.

Rusiya Federasiyası İnquş Respublikasının birinci Prezidenti Ruslan Auşev də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib: “Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ürəkdən gələn ən səmimi təbriklərimi qəbul edin.

Sizə möhkəm cansağlığı, çoxmillətli Azərbaycanın inkişafı naminə ali dövləti vəzifənizdə uğurlar, Zati-alinizə və yaxınlarınıza firavanlıq, xoşbəxtlik diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR