Prezident İlham Əliyev: "Faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi məsələsində hər hansı siyasi korrektlikdən uzaq olmalıyıq"

Prezident İlham Əliyev: "Faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi məsələsində hər hansı siyasi korrektlikdən uzaq olmalıyıq"
  • Clock-gray 04:35
  • calendar-gray 31 Dekabr 2019

"Biz faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi məsələsində hər hansı siyasi korrektlikdən uzaq olmalıyıq. Kimin necə nitqlər söyləməsindən, kimin nə etməsindən asılı olmayaraq, biz hər şeyin öz adını deməliyik".

APA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Rusiyanın "Rossiya-24" televiziya kanalına verdiyi müsahibəsində bildirib.

"Oktyabrda Aşqabadda mən daha bir məsələ qaldırdım, çünki gündəlikdə ümumi Qələbəmizin 75 illiyinin bayram edilməsinə hazırlıq məsələsi dururdu. Mən dedim ki, MDB məkanında faşistlərin qəhrəmanlaşdırılması, Ermənistanda baş verənlər, Yerevanda faşistlərin əlaltısı Qaregin Ter-Arutyunyana altı metr hündürlüyündə heykəl qoyulması yolverilməzdir. Njde ləqəbi ilə məşhur olan bu adam SMERŞ tərəfindən həbs edilərək 25 il azadlıqdan məhrum edilib və Vladimir həbsxanasında ölüb. Ona bəraət verilməmişdi. İndi belə bir adama Ermənistanda altı metr hündürlüyündə heykəl qoyulur, küçələrə, meydanlara onun adını verirlər. Bu, Ermənistan rəhbərliyinin də guya faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinin əleyhinə olması barədə bəyanatı ilə bir araya necə sığa bilər? Mən bu barədə açıq danışdım, öz mövqeyimi bildirdim və bu biabırçı məsələdə əli olmayan Ermənistanın baş nazirinə öz mövqeyini bildirmək şansı verdim. Lakin təəssüf ki, onun reaksiyası tamamilə qeyri-adekvat oldu. O cavab verdi ki, Soljenitsın da sovet düşərgələrində olub. Mən yenidən çıxış üçün söz alıb deməyə məcbur oldum ki, Soljenitsın ilə faşist cəlladının eyniləşdirilməsi həyasızlıqdır.

Bir müddət sonra Ermənistanın baş naziri rusiyalı jurnalistlərlə görüşdə daha irəli gedərək deyib ki, Molotov da Hitler ilə görüşmüşdü, bunda təəccüblü heç nə yoxdur. Lakin bu tezisi ümumiyyətlə şərh etmək çətindir. Ona görə ki, tarixdən elementar biliyi olan hər kəsə məlumdur ki, Molotov Sovet İttifaqının Xarici İşlər naziri olub və onun bir vəzifəsi müharibənin əvvəlində riskləri mümkün qədər minimuma endirmək idi. Çünki biz yaxşı bilirik ki, Sovet İttifaqı 1939-cu ildə, əslində elə 1941-ci ildə də müharibəyə hazır deyildi, əgər hazır olsaydı, bu cür itkilər olmazdı. Buna görə də düşünürəm ki, bütün bu qeyri-adekvat bəyanatlar çox ciddi diqqət tələb edir. Burada siyasi korrektlik və ya hər hansı siyasi maraqlar xatirinə tarixin yenidən yazılması və faşizmin qəhrəmanlaşdırılması cəhdlərinə yol vermək olmaz", - deyə Dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev deyib ki, gələn il 9 May gününü Moskvada keçirməyi planlaşdırır. Artıq Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putindən dəvət də alınıb: "Adətən mən həmin günü Bakıda veteranlarla birgə qeyd edirəm. Bu dəfə isə - 5 il bundan əvvəl Qələbəmizin 70 illiyini qeyd edəndə olduğu kimi, Moskvada olacağam".

apa-logo-mini

Digər xəbərlər