Prezident İlham Əliyev: "Rusiyadan Azərbaycana turist axınının kəskin artması ilə əlaqədar burada yaxşı perspektiv var"

Prezident İlham Əliyev: "Rusiyadan Azərbaycana turist axınının kəskin artması ilə əlaqədar burada yaxşı perspektiv var"
  • Clock-gray 03:14
  • calendar-gray 31 Dekabr 2019

"Biz ölkələr arasında ticarətin milli valyutalarla aparılması ilə bağlı məsələləri qonşu ölkələrdə də müzakirə edirik".

APA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın "Rossiya-24" telekanalına verdiyi müsahibəsində bildirib.

Dövlət başçısı qeyd edib ki, bu məsələ orada da çox fəal müzakirə olunur və bu istiqamətdə ilk addımlar atılır: "Buna görə də düşünürəm ki, ilk növbədə bizim əmtəə dövriyyəsində milli valyuta ilə satıla biləcək malların nomenklaturu müəyyən edilməli və sonra bu istiqamətdə addımlar atılmalıdır.

“Mir” ödəmə sisteminə qoşulmaq barədə təklifi nisbətən yaxın vaxtlarda almışıq və onu ciddi öyrənirik. Fikrimcə, xüsusən Rusiyadan Azərbaycana turist axınının kəskin artması ilə əlaqədar burada yaxşı perspektiv var. Keçən il Azərbaycana təqribən 900 min rusiyalı gəlib. Bu il isə 11 ay ərzində müvafiq rəqəm yenə 900 mindir. Yəni biz milyona yaxınlaşırıq. Biz turizm sənayesini fəal inkişaf etdirir və turizm hesabına gəlirin uçotunu aparmağa çalışırıq. Əlbəttə, turistlərin ödəmə kartları üzrə nə qədər xərclədiklərini hesablamaq çox asandır. Lakin turistlərin çoxu həm də nağd pul xərcləyir. Bu, əsasən keçmiş SSRİ məkanından olan turistlərə aiddir. Buna görə əgər bu sistem Azərbaycanda tətbiq edilsə, bizdə mədaxilin dəqiq uçotu aparılacaq, rusiyalılar üçün isə Azərbaycana gəlmək xeyli rahat və münasib olacaq, bəzən mübadilə məntəqələrində pul dəyişdirilməsi ilə bağlı problemlərlə üzləşməyəcəklər".

apa-logo-mini

Digər xəbərlər