Prezident: “Qarabağda yol, dəmir yolu və infrastruktur layihələrində Türkiyə və Azərbaycan şirkətləri bərabər iştirak edəcək”

Prezident: “Qarabağda yol, dəmir yolu və infrastruktur layihələrində Türkiyə və Azərbaycan şirkətləri bərabər iştirak edəcək”
  • Clock-gray 19:27
  • calendar-gray 10 Dekabr 2020

“Biz bu gün eyni zamanda gələcəyə baxarkən işğaldan azad edilmiş torpaqların inkişafı ilə bağlı öz fikirlərimizi ortaya qoyuruq”.

APA-nın məlumatına görə, bunu bu gün Türkiyə və Azərbaycan arasında sənədlərin imzalanması mərasimindən sonra keçirilən mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Prezident İlham Əliyev deyib ki, Qarabağ dünyanın ən gözəl bölgələrindən biri olacaq: “Bizim türk qardaşlarımızın yardımı ilə biz buna nail olacağıq. Bu gün biz artıq konkret layihələr barədə danışdıq. Yol, dəmir yolları layihələri və infrastruktur layihələrində Türkiyə və Azərbaycan şirkətləri bərabər iştirak edəcəklər. Bütün bu layihələrin qısa vaxt ərzində həyata keçirilməsi bölgəyə yeni nəfəs gətirəcək. Mən bir daha öz adımdan, Azərbaycan xalqı adından qardaş Türkiyə xalqına öz dərin təşəkkürümü bildirmək istəyirəm. Bu günlərdə biz Türkiyədən böyük dəstək, həmrəylik gördük. Təkcə siyasətçilər yox, Türkiyə Prezidenti başda olmaqla, bütün nazirlər, Türkiyə Böyük Millət Məclisi, eyni zamanda ictimai fəallar, mətbuat nümayəndələrindən böyük dəstək gördük. Mətbuat nümayəndələri öz həyatını risk altına ataraq gecə-gündüz döyüş bölgələrindən reportajlar hazırlayırdılar. Məhz bu reportajlar vasitəsi ilə dünya gedən proseslərdən xəbər tuturdu. Türkiyədə bizim qələbəmizə bizim qədər sevinən bacı-qardaşlarımıza öz salamlarımı çatdırıram və dərin təşəkkürümü bildirmək istəyirəm. Biz birlikdəyik, bu gün də belədir, sabah da belə olacaq və əbədi olacaq. Türkiyə-Azərbaycan birliyi sarsılmazdır, əbədidir. Bir daha əziz qardaşım, doğma Vətəninizə xoş gəlmisiniz. Biz Sizi ürəkdən sevirik. Azərbaycan xalqı öz sevgisini küçələrdə göstərib”.

apa-logo-mini

Digər xəbərlər