Prezident: “Təkcə Türkiyədən əldə etdiyimiz dronlarla Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv etmişik”

Prezident: “Təkcə Türkiyədən əldə etdiyimiz dronlarla Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv etmişik”
  • Clock-gray 05:32
  • calendar-gray 15 Oktyabr 2020

“Əlbəttə, onlar çox müasir, inkişaf etmiş silahlardır. Sizə deyə bilərəm ki, təkcə Türkiyədən əldə etdiyimiz dronlar vasitəsilə biz Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv etmişik, yalnız dronlar vasitəsilə”. 

APA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “France 24” televiziya kanalına müsahibəsində deyib.

Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, əlbəttə, bildiyiniz kimi, biz başqa mənbələrdən olan dronlardan da istifadə edirik: “Biz artilleriyadan istifadə edirik, geniş çeşiddə hərbi avadanlıqdan istifadə edirik. Lakin təkcə dronlar Ermənistana 1 milyard dollar ziyan vurub. Bu, onlar üçün ciddi ziyandır. Mənə maraqlıdır onlar bütün bu avadanlığı almaq üçün bu qədər pulu haradan tapıblar, çox güman ki, onu pulsuz əldə ediblər”.

 

Rəşad Sarıyev

Digər xəbərlər