Prezidentin köməkçisi: “Azərbaycan əraziləri azad ediləndən sonra bütün tarixi və mədəni abidələr bərpa olunacaq”

Prezidentin köməkçisi: “Azərbaycan əraziləri azad ediləndən sonra bütün tarixi və mədəni abidələr bərpa olunacaq”
  • Clock-gray 15:09
  • calendar-gray 28 Oktyabr 2020

“Azərbaycan əraziləri işğaldan azad ediləndən sonra orada yerləşən bütün tarixi və mədəni abidələri bərpa edəcək”.  

APA-nın məlumatına görə, bunu Azərbaycanda akkreditasiya olunmuş xarici ölkələrin səfirləri üçün bu gün ADA Universitetində keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi deyib ki, Ermənistan cəbhədən 100 kilometrlərlə uzaqda olan Gəncə şəhərinə, bu şəhərdəki İmamzadə kompleksinə və Aleksandr Nevski Kilsəsinə raket zərbələri endirib: “Münaqişə zonasından uzaqda yerləşən şəhərə, mülki obyektlərə Ermənistan silahlı qüvvələri raketlər atıb. Azərbaycan heç bir mədəni, dini obyektə hücum etməyib, Azərbaycanın belə niyyəti də yoxdur”.  

Şuşada kilsənin Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulması barədə iddiaya da toxunan H. Hacıyev nəzərə çatdırıb ki, həmin kilsə raketlə vurulsaydı, tamamilə məhv olardı: “Biz sadəcə, tavanda bir deşik görürük. Amma faktiki həmin binanın pəncərələri yerindədir. Biz dünyadakı xristianların hislərinə hörmətlə yanaşırıq. Azərbaycan müxtəlif ölkələrlə kilsə və mədəni abidələri bərpa edir, sinaqoqların bərpasına da töhfəmiz var”.

Firuzə Vahid

Digər xəbərlər