Prezidentin köməkçisi: “Azərbaycanda xarici diplomatlar arasında koronavirusa yoluxma qeydə alınmayıb”

Prezidentin köməkçisi: “Azərbaycanda xarici diplomatlar arasında koronavirusa yoluxma qeydə alınmayıb”
# 16 aprel 2020 17:57 (UTC +04:00)

“Hələ ki Azərbaycanda xarici diplomatlar arasında yeni növ koronavirusa (COVİD-19) yoluxma qeydə alınmayıb”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycanda olan səfirliklər, beynəlxalq təşkilatlar, ümumiyyətlə diplomatik korpusun sayı 4 100 nəfəri ehtiva edir.

“Bura onların ailə üzvləri, eyni zamanda diplomatik nümayəndəliklərdə çalışan yerli personal da daxildir. Hazırda onlar arasında koronavirusa yoluxma halının baş verməsi barədə məlumat daxil olmayıb”, - deyə Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR