Prezidentin köməkçisi: "UNESCO və UNITAR təşkilatlarının Qarabağda peyklər vasitəsilə müşahidələr aparması qəbuledilməzdir"

Prezidentin köməkçisi: "UNESCO və UNITAR təşkilatlarının Qarabağda peyklər vasitəsilə müşahidələr aparması qəbuledilməzdir"
# 28 dekabr 2020 18:40 (UTC +04:00)

“UNESCO-nun UNITAR ilə birgə Qarabağda müəyyən layihələr həyata keçirmək istəməsi barədə eşitmişik”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AZƏRTAC-a müsahibəsində deyib.

Prezidentin köməkçisi bildirib ki, bu iki təşkilat peyklər vasitəsilə Qarabağda müşahidələr aparmaq və mədəni irsin qorunması ilə bağlı oradakı vəziyyəti qiymətləndirmək istəyir: “Birmənalı şəkildə bildirmək istəyirəm ki, belə özfəaliyyət qəbuledilməzdir. Həm UNESCO, həm də UNITAR BMT təşkilatlarıdır. Onlar beynəlxalq hüquqa və BMT-nin müvafiq qaydalarına uyğun hərəkət etməlidirlər. Qarabağ Azərbaycan torpağıdır və orada həyata keçirilən istənilən fəaliyyət Azərbaycanla razılaşdırılmalıdır. Əks halda tərəfimizdən bu, birbaşa olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hörmətsizlik kimi qiymətləndiriləcək və adekvat reaksiya veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR