Qaribaşvili: “İlk səfərlərimdən biri Azərbaycana olacaq”

Qaribaşvili: “İlk səfərlərimdən biri Azərbaycana olacaq”
  • Clock-gray 14:23
  • calendar-gray 22 Fevral 2021

“Vəziyyətdən asılı olaraq ilk səfərlərimdən birini Azərbaycana edəcəyəm”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstanın Baş naziri postuna namizəd İrakli Qaribaşvili parlamentdə deputatlar qarşısında çıxışı zamanı deyib.

İ. Qaribaşvili bildirib ki, Azərbaycana səfəri zamanı sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı müzakirələr aparacaq.

O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Gürcüstan üçün strateji tərəfdaş və dost ölkədir.

İ. Qaribaşvili Azərbaycan Prezidenti ilə yaxşı münasibətlərinin olduğunu da vurğulayıb.

Səid Babazadə

Digər xəbərlər