Qazaxıstan Prezidenti Prezident İlham Əliyevi təbrik edib

Qazaxıstan Prezidenti Prezident İlham Əliyevi təbrik edib
# 23 dekabr 2019 17:35 (UTC +04:00)

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

APA-nın xəbərinə görə, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin. Siz Vətənə fədakar xidmətiniz sayəsində haqlı olaraq həmvətənlərinizin səmimi hörmətini və beynəlxalq aləmin böyük nüfuzunu qazanmısınız.

Azərbaycan Sizin müdrik rəhbərliyinizlə uğurlu sosial-iqtisadi inkişaf yolu keçib. Bu gün ölkənin davamlı inkişafına, xalqın rifahının daha da yüksəldilməsinə yönəlmiş mühüm dəyişikliklər həyata keçirilir.

Dövlətlərimiz arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi Qazaxıstanda yüksək qiymətləndirirlər. Əminəm ki, münasibətlərimizdə etimada əsaslanan konstruktiv siyasi dialoq bundan sonra da Qazaxıstan-Azərbaycan əməkdaşlığının, ikitərəfli əlaqələrimizin bütün spektri üzrə dərinləşməsinə kömək edəcək.

Hörmətli İlham Heydər oğlu, qardaş Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə Sizə böyük uğurlar diləyirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR