Qazaxıstan səfiri Azərbaycan xalqını təbrik edib

Qazaxıstan səfiri Azərbaycan xalqını təbrik edib
# 10 dekabr 2020 15:28 (UTC +04:00)

Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdukərimov Azərbaycan xalqını təbrik edib.

Bu barədə APA-ya səfirlikdən məlumat verilib.

“Mən bütün Azərbaycan xalqını bu sevincli gün, Vətən Müharibəsində qazanılan möhtəşəm Zəfər münasibəti ilə qardaş qazax xalqı adından təbrik edirəm, xalqımın səsini, arzularını sizə çatdırıram. Azərbaycan tarixi ədaləti və çoxdan gözlədiyimiz ərazi bütövlüyünü bərpa etdi. Biz hamımız bu şərəfli və parlaq uğurun şahidi olduq. Biz hamımız başda Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə qazanılan qələbənin şahidi olduq. Onun taktiki gedişləri, effektiv strategiyası, dəmir iradəsi və xalqın yenilməz qüruru ilə bu qələbə qazanıldı. Azərbaycan beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının çıxardığı qətnamələrə uyğun olaraq öz ərazi bütövlüyünü təmin etdi. Mən bu Zəfər günündə Vətən müharibəsində canlarını qurban verən şəhidlərin ailələrinə başsağlığı verir, döyüşlərdə yaralananların isə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıram”, - deyə səfir təbrikində bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR