Qırğız müşahidəçi: "Səsvermənin təşkilati məsələləri yüksək səviyyədə həll edilib"

Qırğız müşahidəçi: "Səsvermənin təşkilati məsələləri yüksək səviyyədə həll edilib"
# 09 fevral 2020 10:26 (UTC +04:00)

"Biz seçki prosesinin hazırlıq mərhələsi ilə də tanış olmuşuq. Seçkilərdə olduqca çox sayda namizəd iştirak edir".

Bunu APA-ya açıqlamasında MDB Parlament Assambleyasının Qırğız Respublikasından olan müşahidəçisi Nurcan Şeldabekova deyib.

Onun sözlərinə görə, parlament seçkilərində siyasi partiyaların namizədləri ilə yanaşı, müstəqil namizədlərin də iştirakı siyasi plüralizmdən xəbər verir: "Seçki məntəqələrində səsvermə prosesi yüksək səviyyədə təşkil edilib. Seçki komissiyaları işlərinin öhdəsindən əla gəlir. İndiyə qədər artıq bir neçə məntəqədə seçki prosesini müşahidə etmişik, lakin heç birində şikayətlərlə qarşılaşmamışıq. Hər bir məntəqədə namizədlər və seçki proseduru haqqında lazımi məlumatlar yer alır. Bunlar hamısı səsvermənin təşkilati məsələlərinin yüksək səviyyədə həll edilməsindən xəbər verir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR