Qırğızıstan və Qazaxıstanın dövlət başçıları Prezident İlham Əliyevə zəng ediblər

Qırğızıstan və Qazaxıstanın dövlət başçıları Prezident İlham Əliyevə zəng ediblər
# 24 dekabr 2019 13:59 (UTC +04:00)

Dekabrın 24-də Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qırğızıstan Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona xalqımızın rifahı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycanla Qırğızıstan arasında dostluq əlaqələrinin inkişafından məmnunluqlarını ifadə edib, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıblar.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev də dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona xalqımızın tərəqqisi naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Söhbət zamanı ölkələrimiz arasında dostluq münasibətlərinin uğurla inkişaf etdiyi bildirilib, əməkdaşlıq əlaqələrimizin bundan sonra da genişləndiriləcəyinə əminlik ifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR