Qənirə Paşayeva: “Vətən müharibəsi dövründə Pakistanın Azərbaycana dəstəyi unudulmayacaq”

Qənirə Paşayeva: “Vətən müharibəsi dövründə Pakistanın Azərbaycana dəstəyi unudulmayacaq”
# 02 aprel 2021 16:01 (UTC +04:00)

“Azərbaycan-Pakistan münasibətləri Ümummilli lideri Heydər Əliyevin, Prezident İlham Əliyevin siyasətində əhəmiyyətli yer tutur”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva deyib.

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə Pakistanın Azərbaycana dəstəyi unudulmayacaq: “Son seçkilərdən sonra dostluq qrupunun da qarşısında qoyulan əsas tələblərdən biri parlamentlərarası əlaqələrin daha da gücləndirilməsi ilə bağlıdır. Pandemiya səbəbindən qarşılıqlı səfərlər alınmasa da, onlayn platformada bu əlaqələr inkişaf etdirilir. Azərbaycanla Türkiyə və Pakistan arasında əməkdaşlıq platforması daha da inkişaf edəcək, biz bunu dəstəkləyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR