Ramiz Həsənov: "Peyvəndlərin vaxtında gəlməsi Prezident İlham Əliyev tərəfindən aparılan siyasətin nəticəsidir"

Ramiz Həsənov: "Peyvəndlərin vaxtında gəlməsi Prezident İlham Əliyev tərəfindən aparılan siyasətin nəticəsidir"
# 01 aprel 2021 13:56 (UTC +04:00)

“Çin Xalq Respublikası və Azərbaycan Respublikası arasında imzalanmış müqaviləyə əsasən, COVİD-19 pandemiyasına qarşı istifadə üçün ilk peyvənd partiyasını qəbul edirik”.

APA-nın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Ramiz Həsənov deyib.

Nazir müavini qeyd edib ki, bu, çox önəmli hadisədir: “Beynəlxalq aləmdə peyvəndlə əlaqədar problem var. Peyvəndin ədalətli bölünməsi və ölkələrə çatdırılması ilə bağlı problem yaşanılan dövrdə peyvəndlərimizin vaxtında gəlməsi Prezident İlham Əliyev tərəfindən aparılan siyasətin nəticəsidir. İlk gündən Prezident İlham Əliyev bu məsələni xüsusi nəzarətinə götürüb. Hətta 44 günlük müharibə vaxtı peyvənd məsələsi Prezident İlham Əliyev və Mehriban Əliyevanın daim nəzarətində qaldı”.

Nazir müavini nəzərə çatdırıb ki, Prezident İlham Əliyevin bu sahədə beynəlxalq təşəbbüsləri də çox olub: “Nəzərə alsaq ki, ölkə təkbaşına pandemiya ilə mübarizə aparmaq üzərində çətinlik çəkir. Ona görə də Prezident İlham Əliyev beynəlxalq aləmdə bir neçə təşəbbüs irəli sürdü. Həmin təşəbbüslər müəyyən qətnamələrin qəbul olunması ilə nəticələndi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR