Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib - YENİLƏNİB

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib - YENİLƏNİB
  • Clock-gray 13:28
  • calendar-gray 25 Fevral 2020

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 25-də Azərbaycan Respublikasına səfərə gəlib.

APA-nın xəbərinə görə, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

***

saat 11:03

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.

APA-nın xəbərinə görə, səfər çərçivəsində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Bakıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclası keçiriləcək.

Türkiyə Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü də olacaq.

apa-logo-mini

Digər xəbərlər