Roma klubunun fəxri prezidenti Azərbaycan Prezidentini təbrik edib

Roma klubunun fəxri prezidenti Azərbaycan Prezidentini təbrik edib
# 24 dekabr 2020 11:49 (UTC +04:00)

Roma klubunun fəxri prezidenti Ernst Ulrix fon Vaytszeker Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir: “Zati-aliləri, cənab Prezident Əliyev.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram. Müdrik rəhbərliyinizlə gözəl ölkənizə və Sizə davamlı uğurlar arzulayıram.

2014-cü ilin aprel ayında Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək mənim üçün böyük şərəf idi. Həmin vaxt mən məhdud resurslu dünyamızda dinc iqtisadi inkişafı dəstəkləyən təşkilatın - Roma klubunun həmsədri idim. Siz böyük səxavət nümayiş etdirərək o vaxt yüksək səviyyəli qonaqları görüşə dəvət etmişdiniz.

Onu da vurğulamaq istərdim ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi beynəlxalq əməkdaşlıq və tolerantlıq kimi dəyərlərin təbliği istiqamətində fəaliyyətini uğurla davam etdirir.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək Sizə olan ən yüksək ehtiramımı bildirirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR