Ruhani Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin İran iqtisadiyyatına təsirindən danışıb

Ruhani Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin İran iqtisadiyyatına təsirindən danışıb
# 23 dekabr 2020 13:25 (UTC +04:00)

“Azərbaycan ərazilərinin azad edilməsi iqtisadiyyatımızın dinamik inkişafı baxımından müsbət oldu”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu bu gün İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib.

“Azərbaycan ərazilərinin azad edilməsi iqtisadiyyatımızın dinamik inkişafı üçün müsbət oldu. Bu, ilk növbədə “Xudafərin” su bəndi ilə bağlı yekun razılığa gələ bilməyimiz baxımından səmərəli oldu ki, artıq həm elektrik enerjisindən, həm də Araz çayının su ehtiyatlarından daha sərbəst istifadə edə bilərik. Sözügedən bənd 120 min hektar ərazimizi su ilə təmin edə bilər, bu da mühüm addımdır”, - deyə İran Prezidenti vurğulayıb.

O qeyd edib ki, Azərbaycan ərazilərinin azad edilməsinin həm dəmir yolları, həm də tranzit sahəsində İran üçün müsbət təsiri olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR