Rusiya XİN: Lap əvvəldən Azərbaycanın təşəbbüsü ilə BMT BA-nın COVID-19-a qarşı xüsusi sessiyasının keçirilməsini dəstəkləmişik

Rusiya XİN: Lap əvvəldən Azərbaycanın təşəbbüsü ilə BMT BA-nın COVID-19-a qarşı xüsusi sessiyasının keçirilməsini dəstəkləmişik
  • Clock-gray 14:57
  • calendar-gray 13 Noyabr 2020

Rusiya lap əvvəldən Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının (BA) COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi ideyasını dəstəkləyib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT BA-nın COVID-19-la bağlı keçiriləcək xüsusi sessiyası ilə bağlı suala cavabında bildirib.

Onun sözlərinə görə, bu sessiyanın çağırılması təşəbbüsü Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Prezidentinə məxsusdur.

“Rusiya MDB-dəki tərəfdaşının bu ideyasını ən əvvəldən dəstəkləyib. Bu hadisəni COVID-19-a reaksiya verməkdə, BMT-nin pandemiyaya qarşı qlobal cavabın qəbul edilməsində aparıcı rolunu təsdiqləyərək mühüm bir addım kimi qiymətləndiririk və bundan əvvəl də Baş Assambleya bu sahədə əhəmiyyətli bir qərar verib. BMT Təhlükəsizlik Şurası da koronavirusla mübarizə haqqında qərar qəbul edib. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya dövründə əsas koordinasiya rolunu oynayaraq Birləşmiş Millətlər Təşkilatları tərəfindən bir sıra yardım proqramları hazırlanıb və həyata keçirilib. Qarşıdan gələn xüsusi iclas zamanı müzakirələrin konstruktiv keçəcəyini, pandemiyaya reaksiya vermək üçün göstərilən səyləri qiymətləndirəcəyini və birgə mübarizəmizi davam etdirmək üçün siyasi iradəni səfərbər edəcəyimizi gözləyirik”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Fərid Əkbərov

Digər xəbərlər