Rusiya XİN ermənilərin Gəncəyə raket zərbəsi nəticəsində həlak olan Rusiya vətəndaşı ilə bağlı məlumat yayıb

Rusiya XİN ermənilərin Gəncəyə raket zərbəsi nəticəsində həlak olan Rusiya vətəndaşı ilə bağlı məlumat yayıb
# 24 oktyabr 2020 17:07 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın atdığı raket zərbəsi nəticəsində 13 yaşlı yeniyetmənin yaralanaraq xəstəxanada vəfat etməsi ilə bağlı “Facebook”dakı rəsmi hesabında paylaşım edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paylaşımda bildirilib ki, oktyabrın 24-də Gəncə şəhərindəki xəstəxanada 17 oktyabrda raket zərbəsi nəticəsində xəsarət alan Rusiya vətəndaşı 2007-ci il təvəllüdlü Artur Mayakovun vəfat etməsi barədə Rusiya səfirliyi məlumatlandırılıb.

Qeyd olunub ki, səfirlik Gəncə şəhərinin icra hakimiyyəti orqanları və həlak olanın qohumları ilə daim təmasdadır və onlara lazımi yardımı göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR