Rusiya prezidenti: “Beynəlxalq hüquqa görə, Qarabağ hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi olub”

Rusiya prezidenti: “Beynəlxalq hüquqa görə, Qarabağ hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi olub”
# 17 noyabr 2020 22:30 (UTC +04:00)

“Beynəlxalq hüquqa görə, Qarabağ hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi olub.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı buna müdaxilə edə bilməzdi. Ermənistana heç kəs hücum etməmişdi”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” kanalına müsahibəsində bildirib.

Rusiya prezidenti Ermənistanın Qarabağla bağlı üçtərəfli sazişdən imtina edəcəyi ehtimalına da münasibət bildirib: “Ermənistanın indiki əldə olunan Qarabağla bağlı sazişdən imtinası ölkə üçün intihar olardı”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR