Rusiyada muzeyin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səhvi aradan qaldırılıb

Rusiyada muzeyin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səhvi aradan qaldırılıb
# 19 fevral 2020 11:28 (UTC +04:00)

Bir sıra xəbər saytlarında Rusiyanın Tula Dövlət Silah muzeyində Azərbaycanın təhrif edilmiş xəritəsinin yerləşdirildiyi ilə bağlı məlumat yayılıb.

Bu barədə APA-nın Moskva müxbirinə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, səfirliyin məsələyə müdaxiləsindən və muzey rəhbərliyinə ölkəmizin ərazi bütövlüyünün pozulmasının qəbuledilməzliyinin izah edilməsindən dərhal sonra qarşı tərəf buraxılmış səhvi operativ şəkildə aradan qaldırıb və bu barədə səfirliyə məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR