Rusiyada yaşayan vətəndaşlarımızın qayıtması üçün yaradılan “Evə gedirəm” portalının XİN-də təqdimatı olub

Rusiyada yaşayan vətəndaşlarımızın qayıtması üçün yaradılan “Evə gedirəm” portalının XİN-də təqdimatı olub
  • Clock-gray 16:02
  • calendar-gray 18 Aprel 2020

Bu ilin 18 aprel tarixində Xarici İşlər Nazirliyində, Rusiyada yaşan vətəndaşlarımızın ölkəyə qayıdışı üzrə yaradılan “Evə gedirəm” adlı qeydiyyat portalının təqdimatı keçirilib.

Bu barədə APA-ya Xarici İşlər Nazirliyindən bildirilib. Məlumata görə, Xarici işlər nazirinin müavini Ramiz Həsənovun rəhbərliyi ilə keçirilən görüşdə aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Görüş zamanı yeni portalın fəaliyyəti və qeydiyyat prosesi haqqında ətraflı məlumat verilib, eləcə də prosesin müvafiq dövlət qurumları tərəfindən vahid mərkəzdən idarə edilməsi, vətəndaşlarla onlayn əks əlaqənin qurulması məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Qeyd etmək istərdik ki, “Evə Gedirəm”  portalı vasitəsilə www.evegedirem.info internet səhifəsində xaricdə yaşayan həmvətənlərimiz onlayn qeydiyyata düşmək imkanı əldə edəcək, beləliklə də vətəndaşlarımızın Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik və konsullaqlarına müraciətləri tezləşəcək və onların vətənə qayıdış prosedurlarına köməklik göstəriləcək. 

Saytda ilkin mərhələdə yalnız Rusiya Federasiyasında olan Azərbaycan Respublikası vətəndaşları qeydiyyatdan keçə biləcək.

Saytda qeydiyyatdan keçmiş hər bir şəxsin elektron növbə ardıcıllığı yaranacaq və həmin ardıcıllığa uyğun olaraq vətəndaşlarımızın Azərbaycana qayıtma tarixləri təyin ediləcək, eləcə də vətəndaşların sərhəd-keçid mənqətələrindən müəyyən olunan sayda buraxılışının təmin olunması istiqamətində işlər tənzimlənəcək.

Azərbaycana qayıdış vətəndaşın istəyi nəzərə alınaraq hava və quru nəqliyyatı vasitəsi ilə  təmin olunacaq. Azərbaycana hava yolu ilə geri dönüş istəyi olan şəxslərin AZAL və “Buta Airways”lə əvvəlcədən alınmış qayıdış bileti olarsa, həmin şəxslərin geri dönüşü ödənişsiz həyata keçiriləcəkdir, digər şəxslər üçün isə çarter uçuşları ödənişlidir.

Müraciət edən şəxsin geri dönüş üçün müəyyən olunan tarix və keçid məntəqələri barədə məlumat portal vasitəsi ilə, mobil telefona sms göndərilməklə və ya birbaşa zənglə əlaqə saxlanılaraq bildiriləcək.

Vətəndaşların Azərbaycana qayıdış tarixləri karantin rejiminin şərtlərinə uyğun tənzimlənəcək və ölkəyə qayıdan hər bir şəxs karantində yerləşdiriləcək.

18 aprel 2020-ci il Moskva vaxtı ilə saat 10:00-dan etibarən fəaliyyətə başlayan portalda qeydiyyat 23 aprel 2020-ci il saat 00:00-dək davam edəcək.

Xatırladırıq, portalda yalnız xaricdə olan Azərbaycan vətəndaşları qeydiyyatdan keçə bilər.

apa-logo-mini

Digər xəbərlər