Rusiyalı deputat: “Prezident İlham Əliyevin sarsılmaz mövqeyi bəhrəsini verdi, ədalət qalib gəldi”

Rusiyalı deputat: “Prezident İlham Əliyevin sarsılmaz mövqeyi bəhrəsini verdi, ədalət qalib gəldi”
  • Clock-gray 13:56
  • calendar-gray 24 Dekabr 2020

“Azərbaycan Prezidenti İlham Əliyevin dövlətin suverenliyini qorumaqda və taleyüklü qərarlar qəbul etməkdə sarsılmaz mövqeyi öz bəhrəsini verdi. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, ədalət və həqiqət qalib gəldi”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü münasibətilə onun ünvanına göndərdiyi təbrik teleqramında bildirib.

Rusiyalı deputat Prezident İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edərək onun Azərbaycan Prezidenti kimi fəaliyyətinə heyran olduğunu qeyd edib: “Bu il sizin həyat yolunuzda xüsusi ildir. Azərbaycanın suverenliyini qorumaqda və taleyüklü qərarlar qəbul etməkdə sarsılmaz mövqeyiniz öz bəhrəsini verdi. Ölkənin ərazi bütövlüyü bərpa edildi, ədalət və həqiqət qalib gəldi. Ümummilli lider Heydər Əliyevin siyasətini davam etdirərək doğma Azərbaycanı qədim mənşəyinə qaytardınız və respublikanın tarixi əzəmətini diriltdiniz. Uzaqgörən istedadlı siyasətçi və ölkənizin əsl vətənpərvəri olan Siz hərbi qələbələr və güclü Azərbaycanın sülh yolu ilə quruluculuğu üçün Azərbaycan xalqının ən zəngin mənəvi və yaradıcı potensialını səfərbər edirsiniz. Əminəm ki, möhkəm strateji tərəfdaşlıq və sınaqlardan keçmiş dostluğun bağladığı Rusiya və Azərbaycan konstruktiv əməkdaşlığı genişləndirmək yolunda əl-ələ verməyə davam edəcəklər. Sizə səmimi qəlbdən möhkəm cansağlığı, enerji və Azərbaycan xalqının firavanlığına yönəlmiş bütün təşəbbüslərinizin həyata keçirilməsini arzulayıram. Hər gün sülh, harmoniya və sevgi ilə dolu olsun, xoşbəxtlik və firavanlıq həmişə böyük və mehriban ailənizi müşayiət etsin!”

Fərid Əkbərov

Digər xəbərlər