Şahin Mustafayev İrana səfər edəcək

Şahin Mustafayev İrana səfər edəcək
  • Clock-gray 14:02
  • calendar-gray 21 Dekabr 2020

Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Tehrana səfər edəcək.

Bu barədə APA-nın Tehran bürosuna açıqlamasında İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.

Onun sözlərinə görə, Ş. Mustafayevin səfərin dekabr ayının 23-də baş tutacaq. 

S. Xətibzadə qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə hər iki tərəfin müştərək obyektləri mövcuddur: “Bu infrastrukturlarda ikitərəfli əməkdaşlıq üçün razılaşmalar var. Səfər çərçivəsində su bəndləri, eləcə də nəqliyyat və tranzit sahələri ilə bağlı danışıqlar aparılacaq”.

Süleyman Fərzəliyev

Digər xəbərlər