Şahin Mustafayev İranın Maliyyə və İqtisadi Məsələlər naziri ilə telefonla danışıb

Şahin Mustafayev İranın Maliyyə və İqtisadi Məsələlər naziri ilə telefonla danışıb
# 17 iyun 2020 21:33 (UTC +04:00)

İranın Maliyyə və İqtisadi Məsələlər naziri Fərhad Dejpəsənd Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayevlə telefon danışığı aparıb.

APA-nın Tehran bürosunun məlumatına görə, telefon danışığında koronavirus epidemiyası dövründə Azərbaycan iqtisadiyyatına ciddi ziyanın dəyməməsini arzu edən iranlı nazir həmsöhbətinə iki ölkə arasında əlaqələri dərinləşdirmək üçün göstərdiyi səylərə görə təşəkkür edib.

“Ümid edirəm bir-birimizin yardımı və əməkdaşlığı ilə İran və Azərbaycan arasında iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsinin şahidi olacağıq”, - deyən F.Dejpəsənd Ş.Mustafyevi İrana dəfət edib və səhiyyə protokollarının tətbiqi ilə İran və Azərbaycan müştərək iqtisadi komissiyasının 14-cü iclasının yaxın gələcəkdə Tehranda keçiriləcə biləcəyinə ümidvar olduğunu vurğulayıb.

Tərəflər İran və Azərbaycanın şimal-cənub dəhlizi çərçivəsində müştərək layihələrin icrasının son durumu və iki ölkənin sərhədində müştərək sənaye şəhərciyinin tikilməsinin son durumu haqqında müzakirələr aparıblar.

Telefon danışığında Baş Nazirin müavini Ş.Mustafyev İran rəsmilərinin iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinə göstərdikləri diqqət üçün təşəkkür edib və bildirib ki, koronavirusla mübarizə və bu epidemiyanın ölkənin iqtisadi sahəsinə mənfi təsirini azaltmaq üçün hökumət müxtəlif proqramlar hazırlayıb: “Bu proqramlar iş sahiblərinin və iqtisadi fəalları dəstəkləmək üçün nəzərdə tutulub. İran tərəfinin müştərək layihələrin icrası və digər məsələlərlə bağlı qeyd etdiklərini həll etməyə çalışacağıq. Çalışırıq sıx əməkdaşlıq nəticəsində bu layihələri tez bir zamanda başa vuraq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR