Salome Zurabişvili Prezident İlham Əliyevə təşəkkür edib

Salome Zurabişvili Prezident İlham Əliyevə təşəkkür edib
# 14 aprel 2020 23:00 (UTC +04:00)

Gürcüstan Prezidenti Salome Zurabişvili Heydər Əliyev Mərkəzinin Gürcüstan bayrağının rəngləri ilə işıqlandırılmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

APA-nın yerli bürosu xəbər verir ki, prezident S.Zurabişvili bu barədə özünün “Twitter” hesabında paylaşım edib.

O, Prezident İlham Əliyevə Gürcüstana verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

“Bu gün Bakıda Heydər Əliyev Mərkəzi Gürcüstan bayrağının rəngləri ilə işıqlandırılıb. Dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edirəm. Azərbaycan xalqından böyük həmrəylik nümunəsidir. Biz birlikdə daha güclüyük”, -deyə S. Zurabişvili qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR