Şarl Mişel: "Şərq Tərəfdaşlığı" ölkələri ilə strateji tərəfdaşlığa böyük önəm veririk"

Şarl Mişel: "Şərq Tərəfdaşlığı" ölkələri ilə strateji tərəfdaşlığa böyük önəm veririk"
# 18 iyun 2020 21:03 (UTC +04:00)

"Şərq Tərəfdaşlığı" ölkələri ilə strateji tərəfdaşlığa böyük önəm veririk".

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel "Şərq Tərəfdaşlığı" ölkələrinin liderlərinin virtual formatda keçirilən görüşündən sonra baş tutan mətbuat konfransında deyib.

O bildirib ki COVID-19 pandemiyasına görə "Şərq Tərəfdaş" ları ölklərinin liderləri ilə bu dəfəki görüş üzbəüz baş tutmadı. Lakin Sammit videokonfrans formatında baş tutdu.

"Biz bu görüşdə müxtəlif məsələləri müzakirə etdik. Əlbəttə ki, ilk məsələ COVID-19 pandemiyası və onun nəticələri ilə bağlı idi. İkinci toxunduğumuz məsələ strateji tərəfdaşlıq idi və digər məsələ isə bizim əməkdaşlığımızın gələcəyi idi".

Aİ Şurasının Prezidenti bildirib ki, müzakirələrdə COVID-19 la bağlı Aİ-nin regiondakı tərəfdaşlarına 1 milyard avro dəyərində maliyyə dəstəyi xüsusi qeyd olunub. "Bildiyiniz kimi maliyyə dəstəyi ilə yanaşı, biz regiondakı tərəfdaşlarımıza, həmçinin, tibbi ləvazimatların göndərilməsi istiqamətində də dəstək vermişik", o deyib.

"Strateji tərəfdaşlığa gəlincə, bu sammit də onun göstəricisidir ki, biz bu tərəfdaşlığa böyük önəm veririk. Bu görüşdə də tərəfdaş ölkələrin liderləri demokratiya, rifah, inkişaf və stabilliyin mövcud olduğu bir regionun yaradılması üçün siyasi iradələrini ifadə etdilər. Bizim birgə dəyərlərimiz qanunlara əsaslanan beynəlxalq düzənə və beynəlxalq hüququna əsaslanır.

"Şərq Tərəfdaşlığı" siyasəti Aİ üçün xarici siyasətdə prioritetlərdən biridir və bu növbəti illərdə də belə olacaq. Demokratiya, qanunun aliliyi, insan haqları, gender bərabərliyi, struktural islahatların aparılması və dezinformasiyaya qarşı mübarizə Aİ-nin prioritetləridir və biz tərəfdaş ölkələrlə əməkdaşlıqda bu prioritetləri təşviq edirik", Şarl Mişel vurğulayıb.

"Şərq Tərəfdaşlığı" ölkələri ilə iqtisadi əlaqələrə toxunan Aİ Şurasının Prezidenti qeyd edib ki, "Şərq Tərəfdaşlığı" ölkələri birlikdə Aİ-nin dünyada 10-cu ən böyük ticarət tərəfdaşıdır. Aİ isə öz növbəsində bu tərəfdaş ölkələrin 4-nün əsas ticarət tərəfdaşı, digər iki ölkə üçün isə ikinci ticarət tərəfdaşıdır.

Bizim Ukrayna, Gürcüstan və Moldova ilə imzaladığımız Assosiativ Sazişlər bu ölkələrin Avropaya siyasi və iqtisadi inteqrasiyasını sürətləndirir.

Bizim Azərbaycanla yeni sazişlə bağlı danışıqlarımız ən yüksək mərhələdədir. Bu yaxınlarda Belarusla viza rejiminin liberallaşdırılması ilə bağlı razılaşmanı da tamamladıq və bu razılaşma iyulun əvvəllərində qüvvəyə minəcək".

Aİ Şurasının Prezidenti qeyd edib ki, virtual formatda keçirilən konfransda müzakirə olunan digər məsələ isə 2021-ci ilin martında Brüsseldə keçiriləcək sammitə hazırlıqla bağlı olub.

"Biz üzərində birgə işləyəcəyimiz beş əsas prioritet müəyyənləşdirdik ki, gələn ilə Brüsseldə keçiriləcək Sammitdə birgə bəyanat qəbul edək", Şarl Mişel qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR